Həyat deyir sən mənim qulum,
Mən sənə edərəm ağalıq.
Hər aldığın nəfəsdə çək əzab-əziyyət,
İşıqlı günüm çox amma qaranlıq.
Bu çəkdiyim ağır günlər,
Bu yaşam ya ölüm?
O yaşadığlarım verib mənə dərs,
Kədər məndən uzaq, həyat mənə tərs.
İnan artıq yox yaşamağa həvəs...
Təkəm, tənhalıq verir mənə əzab,
O səssiz günlər, sənsiz keçən hər an,
Mənə bir umid, bəlkə də yaşam ya ölüm...
Gözümün qabağında diz çöküb yalvarışların,
Baxıb həzz alacam,
Gözü dolu baxışların.
Ürək ağrısı, qəhər nə qədər boğsa da məni,
Dönməyəcəm, tutmayacam əlindən,
Baxmayacam geri...
Söz: Elvin Əliyev
Mus: Elçin Cəfərov, Tərlan Məmmədhüseynov